14 Ocak 2017 Cumartesi

fransızca 4


Dərs 4


bu videonu izləyin.


Fransızcada être-olmaq feli vacib fellərdən bir digəridir. Bu fel də qaydasız feldir və şəxslərə görə aşağdakı kimi dəyişir

je suis médecin    mən həkiməm

tu es banquier      sən bankirsən

il est avocat       o hüquqşunasdır

elle est avocate   o hüquqşunasdır

nous sommes pilotes   biz pilotuq

vous êtes professeurs   siz professorsunuz.

ils sont journalistes      onlar jurnalistdir

Elles sont  secrétaires   onlar katibədir


Negatif cümlə halını özünüz yazın :)


Sifətlər ve onların cümlə içində yeri

Azərbaycan dilindən fərqli olarq fransızcada sifətlər isimin arxasınca gəlir və isin cinsinə, təkdə,cəmdə olmasına gçre dəyişir. Mis: bizdə qırmızı kitab, fransızcada le livre rouge kimi olur. Amma yenə bəzi sifətlər var ki onlar istisnai hallar təşkil edir və isimlərdən əvvəl gəlir. Qadın cinsi sifətləri normal halına e sonluğu yazaraq düzəlir. Sonu e ilə bitən siflərdə heç bir dəyişiklik edilmir. Cəm halı isə adətən s sonluğu qoyulur.
Qadın və kişi çinsindəki sifətlər əlavə etdikdə bir az dəyişilir. belə ki, son e-dən sonraki hərf tələffüz olunur

je suis grand (gğan) mən hündürəm (əgər bunu deyən kişi cinsidirsə)

je suis grande (gğandmən hündürəm ( qadın cinsi)

il est intelligent (entalijan) o ağıllıdır.

elle est intelligente (entelijant)  o ağillidir.

ils sont petits (peti) onlar balacadır (k.c cəm halında)

elles sont petites  (petit) onlar balacadır (q.c cəm halda)↣

Lakin yenə fransız dilinə bəzi sifətlər normal qanunlara tabe olmayaraq dəyişkənlik göstərir.

1) Sonu x bitən sifətlər qadın cinsində se sonluğuna çevrilir. Tələffüzdə sonu kişi çinsində olan sifətlər (ö) ilə, qadin cinsində olanraz isə (öz) kimi olur.

dangereux (k.c) (danjeğö) ↣↣↣ dangereuse (q.c) (danjeğöz)  (təhlükəli)
nerveux (neğvö)↣↣↣ nerveuse (neğvöz)  (əsəbi)

2) f ilə bitən sifətlər q.c ve ilə bitir   attentif ↣↣↣ attenive, creatif ↣↣↣ creative

3) er ilə bitənlər ère olur     premier↣↣↣première (birinci, əvvəlinci)

4) et ilə bitənlər ète olur      secret↣↣↣secrète (gizli)


İsimi qabaqlayan istisnai sifətlər

autre- başqa, digər
gros (k.c)/grosse (q.c)- iri, kök
jeune-gənc
long/longue- uzun
joli/jolie- sevimli, gözəl
grand- uzun,yekə
bon/bonne- yaxşi
petit- balaca, xırda
mauvais- pis
beau- gözəl     sait və h hərfindən əvvəl gəlirsə bel, cəmdə beaux, qadın cinsində belle, cəmində isə belles
nouveau-yeni   sait və h hərfindən əvvəl gəlirsə nouvel, qadın cinsində nouvelle, cəmində isə nouvelles
vieux- köhnə,yaşlı  sait və h hərfindən əvvəl gəlirsə vieil, qadın cinsində vieille, cəmində isə vieilles


Lüğət

riche (ğiş(-varlı, zəngin
pauvre (puvr)- kasıb, yazıq
facile (fəsil)-asan
difficile (difisil)- çətin
interessant (enteğesan)-maraqlı
ennuyeux (aniyö)-darıxdırıcı
stupide (stüpid)-ağılsız, axmaq
poli (poli)- nəzakətli, əfəndi
impoli (empoli)-nəzakətsiz
heureux (öğö)-xöşbəxt
malheureux (malöğö)- bədbəxt














Hiç yorum yok:

Yorum Gönder