13 Ocak 2017 Cuma

fransızca 2


Dərs 2


bu videonu da izləyin



Artikllar: Fransız dilində bütün isimlər ya kişi (masculine) ya da qadın cinsidə olur. Artikllar ismin cinsinə, təkdə və ya cəmdə olmsına görə dəyişir. Iki artikl var: müəyyənlik bildirən artikl və qeyri-müəyyinlik bildirən artikl.

Dediyimiz kimi isimin iki cinsi var. Isimin hansı halda olduğunu bilmək üçün ümumi bir qayda yoxdur. Zamanla alışmaq gərəkir. Amma -e və -ion sonluğu ilə qurtaran isimlər çoxu zaman qadın cinsinə aid olur. Bəzən də isimlər subjektin qadın və ya kişi olmasına görə dəyişir. Mis: le journaliste (kişi jurnalist), la journaliste (qadın jurnalist)



1) əyyənlik bildirən artikl.



Bundan sonra kişi cinsində təkdə olan isimləri k.c, qadın cinsi təkdə olanlari q.c olaraq yazacağam. Yüngül vari belə deyək ki, subjektə məlüm olan və ya ən az iki insan tərəfindən bilinən isimlərlə müəyyənlik bildirən artikl işlədilir.




le (lö)  artiklı  kişi cinsi təkdə olan isimlərin qabağında işlədilir. Misal: le livre (kitab), le passeport (pasport)

la (la) qadın cinsındə təkdə olan isimlərlə işlədilir. Mis: la leçon (dərs), la radio (radio)

l'   saitlə və h hərfi ilə başlayan isimlərlə işlədilir (fərq etmir isimin cinsi). Mis: l'heure (saat), l'instant (an, moment)

les (le)  qadın və kişi cəm halda olan isimlərlə işlədilir. Mis: les livres (kitablar), les leçons (dərslər).





2) Qeyri-müəyyənlik bildirən artikl


Bu artikl əksinə  olarak hər hansı bir qeyri-müəyyən isimi nəzərdə tutulur. Misal üçün il y a un livre sur la table(masanin üstündə kitab var). burada hər hansi bir kitab nəzərde tutulur. Amma le livre sur la table deyəndə masaının üstündəki kitab mənasında bir müəyyənlik halına referans olunur. Bu sizə və mövzü kontekstinə bağlıdır.


un (ö)    k.c olan qeyri-müəyyən isimlərlə işlədilir. Mis: un passeport, un chéquier (çek)

une (ün)  q.c olan qeyri-müəyyən isimlərlə işlədilir. Mis: une lettre (məktub)


des (de)   k.c və q.c cəm halında olan qeyri-müəyyən isimlərlə işlədilir. Mis: des ordinateurs (kompyuterlər)




İsimlərin cəmi

Fransız dilində isimlərin cəmi üç variant ilə qurulur.

1) s şəkilçisi ilə    valise (çamadan) --- valises (çamadanlar)


2)  au və eu sonluğu ilə bitən isimlərə  x şəkilçisi əlavə etməklə  
château (qala)---- châteaux (qalalar)

3) al sonluğu ilə bitən isimlərə  aux sonluğu əlavə etməklə   journal --- journeux

sonu s x ilə qurtaran isimlər isə dəyişmir.

autobus (avtobus ya da avtobuslar), pris (qiymət və ya qiymətlər)


Lüğət

le parfum [parfön]- parfum
le neveu [növö]- qardaş oğlu
la dame [dam]-xanım
la station [stasyon]- stansiya
l'appareil-photo [aperey foto](k.c) -knamera
la carte [kart]- xəritə, kart
la clé [kle]- açar
la voiture [vuatür]-maşın
oui [ui]- bəli
non [no]- xeyr
et [e]- və, ilə

qeyd: ñ tələffüzdə samit bir az hava qalır, tam n kimi deyilmir.

bu isimləri işlədərək bir qədər praktika edin.











Hiç yorum yok:

Yorum Gönder