22 Aralık 2017 Cuma

Bir neçə bilmədiyimiz xurafatlar


Müxtəlif insanlar müxtəlif xürafatlara inanırlar. Bu xurafata inanma bəzən kultural xarakterlidir, bəzən də sonradan öyrənilən davranışdır. Hər iki halda məntiqsiz və əsassızdır. Amma yenə də bir neçəsinə göz ataq ;)

Triskaidekafobiya 13 rəqəmi qorxusudur. Qara Cümə-bir ayın 13-ə düşən cümə günü bir çoxları tərəfindən şansız gün kimi hesab edilir. Ümumiyətlə 13 uğursuz bir rəqəm hesab edilir.  Bir çox otel və binalarda 13 rəqəmini buraxıb 12-dən 14-ə keçirlər.

Antik Yunanlılar inanırdılar ki, rozamarin (bibəriyə) pis ruhları uzaqlaşdırmağa kömək edir və süpürgə otu isə uğur və şans gətirir.

Türkiyədə bəzi insanlar inanır ki, əgər bir şəxs gecə vaxtı saqqız çeynəyirsə o, ölü əti çeynəyirmiş kimi olur.

Bəziləri isə inanır ki, əgər payızın ilk günündə hər kimsə düşən bir yarpaq tutarsa, o bütün qışı soyuqdəymə olmadan başa vurur.

Sekspirin Julius Caesar oyununda da bir batil inanca  göndərmə edilir. Əgər ovuc içi qaşınırsa ya pul gələcək ya da gedəcək.

Duzu bir yerlərə dağıtmaq kötü şans kimi başa düşülür. Amma bir çimdik duzu sol çiynindən atılarsa bu kötü şansdan qurtulmaq olar.

Ən az 10% Amerikalı 13 rəqəmi qorxusu ilə yaşayır. 15% isə gündəlik bürclərini oxuyur.

Başqaları da inanır ki, qəbirstanlığı keçərkən ruhların bədənə girməsini əngəlləmək üçün nəfəsi tutmaq lazımdır.

Araşdırmalar göstərir ki, qadınlar kişilərdən daha box batik inanclara inanırlar. İnsanlar yaşlandıqca daha az xurafatçı olurlar.

Napoleon Bonaparte bilə xurafata inanırdı. Beləki o, pişiklərdən qorxurdu-pişiklərin kötü şans gətirdiyinə inanırdı. Qara pişiklərin çox vaxt uğursuzluq gətirdiyinə inananlar da n qədərdir hal-hazırda.

Lap belə bir köhnə möhvumat da var ki, kötü insanlarin məzarında ot-alaf, yaxşı insanların məzarında isə çiçəklər bitir.

Belə bir batil inanc var ki, içəridə çətir (zontik) açmaq kötü şans fırtınası gətirər.

Bir Yapon mövhumati deyir ki, bir kimsə sırayla 100 dəfə hıçqırsa o öləcək.

Çində 8 ən uğurlu rəqəmdir. Beləki Beijing Olimpiya açılış mərasimi 8 Avqust 2008 saat 8:08 və 8 saniyəsində başladı.

Köhnə bir inanc var ki,  hər kim cibində palıd qozazı gəzdirirsə o cavan qalacaq.

Bir rus mövhumatı var ki, əgər bir qadın yerə bıcaq düşürsə qonaq bir kişi gələcək.

Başqa bir yapon batil inanci var ki, bir şəkildə ortada olan şəxssin pis şansı olacaq və bəlkə də gənc yaşda öləcək.

Bəzi fransiz kanadalilar düşünür ki, əgər hamilə bir qadın balıq yemirsə onun uşağı balıq başlı doğulacaq.

Bəzi fransizlar inanir ki, sol ayaqla köpək kakasına basanda şans, sağ ayaqla basanda kötü şans gətirir.

Keçilərin yaxında olmasının iblisləri uzaq tutduğuna inanlar da var.

Bəzi çox xurafatçi koreyalılar inanir ki, bir adamın adı qırmızı mürəkkəblə yazılarsa, o insan öləcək.

Bir hind xurafatına görə, çərşənbə axşamı saç kəsmək kötü şans gətirir.

Bir ənənəyə görə təsadüfən 4 yarpaqlı yonca tapmaq yaxşi şans gətirir.

Bir çox aktyor teatrda "Macbeth" kəliməsini bilinən lənətə görə eşitmək istəmirlər.


















Hiç yorum yok:

Yorum Gönder