23 Aralık 2017 Cumartesi

Bir itin hürməsini necə durdurmaq olar?

  İndi olur da yoldan keçəndə bir it üstümüzə hürməyə başlayır. Və yaxud ele öz itimiz durduq yerə yabancı cismə və isimə hürür. Bəs bu vəziyyətdə itin hurməsini necə əngəlləmək olar? Hə deyəsən bir neçə variant olmalıdır bu hürmə bəlasından qurtulmaq üçün. Amma unutmaq lazım deyil ki, itlərin hürməsi tamamilə normaldır. Hürmək itlər arasında kommunikasiya qurmaqda önəmli rol oynayır. Amma üstün yaratıqlar olaraq bizlər bunu kontrol etməyi bacarmalıyıq. Bir neçə yol var ki itimiz durmadan hürəndə işlədə bilərik.



 1. Birincisi itə hürməsini kəsməsini baxışla, səslə və ya fiziki hərəktlə söyləməkdır. Yəni əsəbli baxmaq, sərt bağırmaq ya da əl hərəkəti ilə etmək olar. Amma bunu qısa müddət edəndə və öz işinizin başında keçəndə yenə bildiyini edəcək. Ona görə bir az səbirli olub it tamamilə hürməyi kəsənə qədər davam etmək lazımdır.

2. İtin hürməsini dayandırmağa çalışarkən rahat olmağa çalışın. Durmadan hürmə əsəbləşdirici ola bilər, amma əgər siz stresli və narahat görünsəniz çətinki iti dayandıra bilərsiz. Heyvanlar qeyri-stabil və balanssız sahiblərinin əmrlərini izləmirlər. Zatən it bu vəziyyətdə sizin enerjinizi əks etdirəcək. Əgər siz narahat görünürsüzsə, o da narahat olacaq. Və hürmə itlərin negative enerjiden qurtulması üçün çox yaxşı yoldur. Ona görə də birinci özünüz rahat olmağa çalışın. Sonra itə sakit olmağını deyərsiniz.

3.  İtin hüməsi üçün tələbinizi dəstəkləyin. Misal üçün əgər itiniz durmadan eyni cisimə, insana və ya  eyni yerə tərəf hürürsə onda həmin stimul və ya amil tərəfə gedin və onun sizə aid olduğunu iddia edin. Bədən, zehniniz və ya sakit-iddialı enerjiniz ilə itin keçməsinin yasaq olduğu görünməz bir divar yaradın. Və bunu 100% fokus ilə etmək lazımdır. Nəticə supriz olacaq ;)

4. İtin hürməsini mental və fiziki olaraq meydan oxuyaraq da bir şəkildə əngəlləmək olar. Hərdən itin artıq hürməsi onda yığılıb qalan enerjinin nəticəsindir. Əgər səbəb budursa, həlli çox sadədir: artıq enerjini prodaktiv şəkildə çıxarın. Misal üçün iti gəzməyə çıxarın. Ya da yada velosipedlə və yoxuş dırmandirmaqla daha da köpək üçün işi çətinləşdirin. Mental olaraq iti bir gözətçi kimi,
çeviklik təlimi və ya itaət etmə oyunlari (misal: otur-dur-yat-qalx vs.) ilə təmin etmək lazımdır.

Əgər bunlar heç biri işə yaramazsa, o vaxt profesional bir şəxsdən yardım istəməkdə fayda var.


Qaynaq: National Geographic




Hiç yorum yok:

Yorum Gönder